Xaçmaz sakinindən 3 kiloqrama yaxın heroin və metamfetamin götürülüb

Xaçmaz rayon sakini V.Abbasovun idarə etdiyi avtomobildən 2 kiloqramdan artıq heroin və 835 qram metamfetamin götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İmişli RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında Çaxırlı kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakini V.Abbasovun idarə etdiyi “KİA” markalı avtomobil saxlanılıb.

Avtomobilə baxış zamanı oradan 2 kiloqram 735 qram heroin və 835 qram metamfetamin aşkar edilərək götürülüb

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İcazəsiz ov edən şəxslər saxlanılıb

Ca Fev 13 , 2020
Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, “Qara təpə” və Xızı rayonu Yaşma Quşçuluq Təsərrüfatı ərazilərində icazəsiz ov edən şəxslər saxlanılıb. Nazirlikdən Trend-ə bildirilib ki, araşdırma zamanı ov edənlərin Sumqayıt şəhər sakini Şahin Qədimov və Bakı şəhər sakini Teymur Əliyev olduğu müəyyən edilib. Faktla bağlı təqsirkarlar barəsində […]

Sosial

İdman

Video