Xalça Muzeyində dahi lider Heydər Əliyevin xatirəsi yad edilib

Mayın 1-də Azərbaycan Xalça Muzeyində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Astv.News AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Xalça Muzeyinin direktoru, ICOM-un (Beynəlxalq Muzeylər Şurası) Azərbaycan Milli Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova dahi lider Heydər Əliyevin bütün ömrünü Azərbaycan xalqına həsr etdiyini diqqətə çatdırıb. Ölkəmizdə xalçaçılıq sənətinin dirçəlməsi, Azərbaycan mədəniyyətinin intibahı məhz onun diqqət və qayğısı sayəsində mümkün olub. Ş.Məlikova deyib ki, ulu öndər Heydər Əliyevin xatirəsi əbədi yaşayacaq.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev dahi şəxsiyyət Heydər Əliyevin şərəfli həyat yolundan bəhs edib. O qeyd edib ki, xalqımızın Ümummilli Liderinin müdrik siyasəti sayəsində Azərbaycan dünyanın ən çox inkişaf etmiş və qüdrətli dövlətlərindən birinə çevrilib.

Sonra üzərində dahi lider Heydər Əliyevin rəsmi olan xalçanın təqdimatı olub. Portretin müəllifi Xalq rəssamı Kamil Əliyevdir.

Tədbir konsert proqramı ilə davam edib.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Prezident: Elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır

Ç May 1 , 2019
Qazlaşdırma Azərbaycanda ən yüksək səviyyədədir və bu il də qazlaşdırma ilə bağlı işlər aparılır. Astv.News AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. Ölkə başçısı bildirib: “Biz imkanlardan maksimum istifadə etməliyik […]