Xalq artisti xərçəng xəstəliyinə tutulub? – İDDİA

Xalq artisti Rafael Dadaşovun səhhəti yenidən pisləşib.

Astv.news xəbər verir ki, aktyorun xərçəng xəstəliyindən əziyyət çəkdiyi iddia olunur.

Xalq artisti üçüncü dəfə kimyaterapiya alsa da, xəstəlik R.Dadaşovun bütün orqanizminə yayılıb.

Sənətkarın müğənni qızı Səidə Dadaşova xəbəri təkzib etməsə də, o, atasının səhhəti ilə bağlı danışmaq istəməyib.

Bu açıqlamanı ilk dəfə Xəbərçi.az saytı yayımlayıb.

Qeyd edək ki, Xalq artisti R.Dadaşov ötən il dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi – infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti R.Dadaşovun müalicə xərclərini öz üzərinə götürüb.

Oxu.Az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Seçkilərlə bağlı həbslər ola bilər - Prokurorluğa müraciət olunub

Ca Fev 13 , 2020
Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinə görə həbslər ola bilər. Yenisabah.az-ın xəbərinə görə, Prezident İlham Əliyevin dünənki çıxışından sonra ictimaiyyətdə belə qənaət formalaşıb ki, bəzi komissiya sədrləri və ya üzvləri seçki saxtakarlığına görə həbs edilə bilər. Söhbət Prezidentin fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında ASAN könüllüləri ilə görüşündəki çıxışından […]