XIX əsrə aid tarixi abidə restavrasiya ediləcək – ÖZƏL + FOTO

Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi adına kitabxana kimi fəaliyyət göstərmiş XIX əsrə aid tarixi abidə restavrasiya ediləcək.

Bu barədə Oxu.Az-a Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsinin mətbuat xidmətinin katibi Bəxtiyar Muradov məlumat verib.

Onun sözlərinə görə, Nizami Gəncəvi adına 19 saylı kitabxana filialının binası olmuş tarixi abidənin yaxın zamanlarda təmirinə başlanılacaq:

“Dahi şairimizin adını daşıyan kitabxana filialı Gəncə şəhəri Hüseyn Cavid küçəsi 1 ünvanında yerləşən Hüseyniyyə məscidində olub. 1825-ci ildə tikilən tarixi bina həm də Tatlar məscidi kimi tanınıb. Məscid binası XIX əsrin tarixi memarlıq abidəsi kimi qorunur.

2018-ci ildə binada uçqun baş verdiyi üçün Gəncə Şəhər Mərkəzi Kitabxanasının Nizami Gəncəvi adına 19 saylı kitabxana filialı Cavadxan qəsəbəsi, Bursa küçəsində yerləşən binalardan birində köçürülüb.

Məscid binası qəzalı vəziyyətdə olduğundan ətrafı hasarlanıb. Mədəniyyət və Turizm Nazirliyinin balansında olan tarixi abidənin yaxın zamanda təmir-bərpa işlərinə başlanılacaq”.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Mehriban Əliyevanın müdaxiləsindən sonra biznesmenin qızının uşağı özünə qaytarılıb - VİDEO

Ca Mar 12 , 2020
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin keçmiş sədri Çingiz Bəşirovun gəlini Samirə Bəşirovaya üç yaşlı qızı Miray geri qaytarılıb. Bu, martın 11-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müdaxiləsindən sonra baş verib. Bu barədə Oxu.Az-a Samirə Bəşirova məlumat verib. Xatırladaq ki, o, əri Tamerlan Bəşirovdan boşanmaq üçün məhkəməyə müraciət edib. Bu zəmində Azərbaycan əsilli rusiyalı […]