Xızıda axtarışda olan şəxs saxlanıldı – FOTO

Xızıda axtarışda olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə axtarışda olan rayonun Giləzi qəsəbə sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 43 yaşlı Kamal Əhmədov saxlanılıb.

Qeyd edək ki, RPŞ-nin əməkdaşları tərəfindən 2020-ci ilin yanvar ayında Kamal Əhmədova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən bir ədəd F1 və iki ədəd RQD5 əl qumbaraları, bir ədəd UZRQM, 66 ədəd 7.62 mm, 78 ədəd 12.7 mm və üç ədəd 14.5 mm patron və güllələr, eləcə də müxtəlif avtomobillərə məxsus üç ədəd dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.

Aşkar olunan əl qumbaraları və patronlar aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Olimpiya çempionumuz koronavirusdan qorunmaq üçün vətəndaşları evdə qalmağa səsləyib - VİDEO

C Apr 3 , 2020
Olimpiya çempionu Zemfira Meftahətdinova koronavirusdan qorunmaq üçün Azərbaycan vətəndaşlarını evdə qalmağa səsləyib. Z.Meftahətdinova Trend-ə müsahibəsində hamını bu bəladan xilas olmaq üçün xüsusi karantin qaydalarına riayət etməyi vacib bilib: “Əziz xalqımız, vətəndaşlarımız. Hamımız koronavirusla bağlı dünyada nələr baş verdiyini bilirik, prosesləri izləyirik. Azərbaycan dövləti vətəndaşların təhlükəsizliyi üçün çoxlu tədbirlər görüb. Bu tədbirlərə […]