Xocalı soyqırımına həsr olunmuş bu sənədli film böyük maraq doğurdu – VİDEO

Bu gün ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 28 ili tamam olur.

Astv.news  xəbər verir ki, axşam saatlarında bununla bağlı sosial şəbəkələrdə yayımlanan videoçarx izləyiciləri duyğulandırıb.

Videoçarx bir qadının fəryadından bəhs edir. Ailəsini və bütün qohumlarını itirən qadın nəslin Xocalı qətliamından qurtulan tək nümayəndəsidir. O, bütün həqiqətləri olduğu kimi, çılpaqlığı ilə danışır.

Videoçarx Bakı Media Mərkəzi tərəfindən Xocalı soyqırımının 28-ci ili münasibətilə hazırlanıb.

Video sosial şəbəkələrdə #JusticeForKhojaly həştəqi ilə paylaşılıb.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri 366-cı motoatıcı alayın köməyilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə – azərbaycanlılara qarşı soyqırımı törədib.

Soyqırım zamanı 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən, 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Oxu.Az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Prezident İlham Əliyev tərəfindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə ziyafət verilib (FOTO)

Ç Fev 26 , 2020
Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə ziyafət verilib. Bu barədə Trend-ə Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib. Ziyafətdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı yola saldı. Oxunma sayı : 5

Sosial

İdman

Video