Yanğınsöndürən maşını oğurlayıb insanların üzərinə sürdü

Kanadanın Vinnipeq bölgəsində naməlum şəxs yanğınsöndürən maşını qaçıraraq mərkəzi parkda insanların üzərinə sürüb.

Astv.news oxu.az-a istinadən xəbər verir ki, bu barədə yerli polis orqanları məlumat yayıb.

Sözügedən şəxs bölgədəki ticarət mərkəzinə qədər getməyi bacarıb. Daha sonra maşında nasazlıq yaranıb və dayanıb. Cinayətkarı qovan polislər ona çatıb və saxlamağa müvəffəq olub.

Yerli polisin sözlərinə görə, hadisə zamanı ətrafdakı insanların həyatı üçün təhlükə yaransa da, fakt terror aktı kimi qiymətləndirilmir.

Sonxeber.az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Prezident İlham Əliyev Laos liderinə təbrik məktubu göndərib

Şb Noy 30 , 2019
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Bounyanq Voraçitə təbrik məktubu göndərib. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost […]

Sosial

İdman

Video