“Yas mərasiminə tacla getmək olar” – Elza

Əməkdar artist Elza Seyidcahan ötən gün Xalq artisti Rafael Dadaşovun dəfn mərasiminə başında tacla gəlməsinə aydınlıq gətirib.

BiG.AZ xəbər verir ki, sənətçi bu barədə İnstaqramda yazıb:

“Çəkilişə getmişdim. Getməsəm də, Elza Seyidcahan hara və necə getməlidir çox yaxşı bilir. O çılpaq, oralarını-buralarını kəsdirənlər, dolduranlar öz dərdlərini çəksinlər. Yas mərasiminə tacla getmək olar. “Getmək olmaz” deyənlər kübar deyillər. Zadəganlıqdan, Avropa mədəniyyətindən xəbəri olmayanlar irad bildiribilər. Lap elə Avropa mədəniyyəti olmasın, tarixdə xanımlarımız, mollalarımız daş-qaş içində içində par-par bərq vururlar. Qırmızı geyinmə, qara geyin, amma başına tac qoy. Orada kimsə papaq qoymuşdu, kimsə çalma, broş taxmışdı. Mən də başıma tac qoymuşam, qaşları da qaradır. Bəli, çəkilişə gedirdim. Qırmızı qaşlı yaxud qızılı olsaydı, çıxarardım.

Elza Seyidcahanın gətirdiyi obrazları, stilləri, imicləri, tərzləri, yenilikləri indi o boyda Ledi Qaqalar təkrarlayıb milyonlar qazanırlar. Elzanın hansı addımı yazılmayıb ki? Qoyun, yazsınlar. Bu gün də tacımdan yazsınlar. Sənətim, geyimim, şeirim bir yana… Amma istəyirəm onlara deyim ki, bilin və agah olun: Siz səhvsiniz, Elza Seyidcahan həmişəki kimi yenə düzdür!”.

Qeyd edək ki, sənətçinin ötəngünkü imici sosial mediada müzakirə olunmuşdu.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Kiçik biznesin “Brandonline” ilə inkişafı: “ELFF” milli brendi üçün internet-mağaza!

Ç Mar 18 , 2020
Əl işi olan müəllif aksesuarlarını təqdim edən “ELFF” Azərbaycan brendi yaxın zamanlarda “Brandonline” texnologiyası sayəsində sifarişləri bir neçə dəqiqə ərzində yerləşdirmək fürsəti ilə paytaxtımızın dəbsevərlərini sevindirəcək. “ELFF” kolleksiyasında müxtəlif növ aksesuarlar mövcuddur – üzüklər, sırğalar, saç bəzəkləri. Bu işlərin hər biri unikaldır və müəllifin öz işinə olan sonsuz sevgisi ilə hazırlanıb, […]