Yaşlı anasını döyüb öldürdü – FOTO

Türkiyənin İzmir şəhərində oğul anasını döyərək öldürüb.

“Demirören Haber Ajansı”nın (DHA) yaydığı xəbərə görə, 55 yaşlı Bəkir Baştosun 85 yaşlı anası Görgün Baştosunu ölümcül döyüb.

B.Baştosun arvadından ayrılandan sonra birgə yaşadığı kar və kor olan anasını döyüb. Sonra bacısıgilə gedərək anasının vəziyyətinin yaxşı olmadığını deyib.

Qızları evə gələndə analarını yerdə qan içində görüblər. Yaralı qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. Anasını öldürdüyü iddiası ilə polis nəzarətinə alınan B.Baştos iddiaları qəbul etməyib. O, anasının yıxılaraq yaralandığını və bu səbəbdən öldüyünü deyərək ittihamları qəbul etməyib.

B.Baştosun barəsində “özünü müdafiə edə bilməyən şəxsi qəsdən öldürmə” maddəsi ilə cinayət işi açılıb.

Məhkəmə prosesi G.Baştosunun meyitinin ekspertiza cavabının alınmasına qədər başqa günə təxirə salınıb.

B.Baştosunun psixoloji problemlərinin olduğu bildirilir.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Gəncə sakinindən yarım kiloqramdan çox tiryək götürülüb

C Fev 14 , 2020
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini S.Əzizov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Kəpəz RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri birgə əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əzizov saxlanılmışdır. Şəxsi […]

Sosial

İdman

Video