Yunan-Roma güləşi üzrə yığmamızdan tarixi uğur

İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə yarış başa çatıb.

Astv.news xəbər verir ki, üç gün davam edən mübarizədə yığmamız baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında tarixi uğura imza atıb.

Belə ki, millimiz tarixində ilk dəfə Avropa çempionatında rekord sayda – altı medal qazanıb. Belə ki, Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub. Beləliklə, iki qızıl və dörd bürünc medal qazanan millimiz 116 xal toplayaraq, komanda hesabında Rusiyadan (128) sonra ikinci olub. Türkiyə isə 90 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, dünən dörd qadın güləşçimiz mübarizəyə qoşulsa da, onlar ilk mərhələlərdən çıxışlarını başa vurmalı olublar.

Oxu.Az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Niyazi Səfərov: “Sahibkarlara 801 elektron lisenziya verilib”

Ca Fev 13 , 2020
Sahibkarlara 801 elektron lisenziya verilib. Astv.news xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfransda çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib. O qeyd edib ki, ölkədə Elektron Hökumət və rəqəmsal iqtisadiyyatın formalaşdırılması, inkişaf etdirilməsi, o cümlədən, hər bir mərkəzi icra hakimiyyəti orqanı, […]

Sosial

İdman

Video