Zəlzələdən beş saat sonra 12 yaşlı uşaq xilas edildi – VİDEO

Ötən gecə Türkiyənin Elazığ vilayətində baş vermis 6.8 bal gücündəki zəlzələ nəticəsində dağılan dörd mərtəbəli binanın dağıntıları altından 12 yaşlı uşaq beş saat sonra xilas edilib.

Bu barədə “HaberGlobal” informasiya yayıb.

Sürsürü məhəlləsindəki 28 mənzilli binadan ilkin mərhələdə 14 yaralı xilas edilib. Aparılan axtarışlar nəticəsində dağıntılar altında, həmçinin, 12 yaşlı uşağın qaldığı müəyyən edilib.

Üzərinə qapı düşdüyü üçün dağıntılar altında sıxışıb qalan uşaq xilasedicilərin gərgin səyləri nəticəsində xilas edilib. Zəlzələdən beş saat sonra xilas edilən uşaq yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, dünən Türkiyənin Elazığ və Malatya vilayətlərində güclü zəlzələ baş verib. 6,8 bal gücündə olan təkanlara görə Adana, Diyarbakır, Qaziantep şəhərlərində insanlar gecəni küçələrdə keçiriblər. Təbii fəlakət nəticəsində bir sır ayaşayış binası uçub. Dağıntılar altından qalan insanların çıxarılması davam etdirilir.

Son məlumatlara görə, yeraltı təkanlar nəticəsində 20 nəfər həlak olub, yaralıların sayı isə 1015-ə yüksəlib.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycanın mərkəzi rayonunun əsas iqtisadi göstəriciləri - RƏQƏMLƏR

Şb Yan 25 , 2020
Bərdə nə gözəldir, necə qəşəngdir, Yazı da, qışı da güldür, çiçəkdir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin Bərdə barədə qələmindən çıxan bu sətirlər özlüyündə çox mənaları ehtiva edir. Bərdə Azərbaycanın ən qədim regionlarından biridir. Bərdə rayonu 1930-cu ildə inzibati ərazi statusu alıb. Bərdə rayonunda bir şəhər və 110 kənd var. Qədim […]

Sosial

İdman

Video