Zakir Həsənov və Məhərrəm Əliyev cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olublar- VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhə bölgəsində səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və nazirliyin digər rəhbər heyətinin ön xətdə yerləşən bir sıra hərbi hissələrə səfəri davam edir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Cəbhə bölgəsində yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçirilib, qərargah binaları, əsgər yataqxanaları, tibb məntəqələri və digər hərbi obyektlər, həmçinin bölmələrin silahlanmasında olan zirehli döyüş texnikası, aviasiya eskadrilyası və digər hərbi təyinatlı vasitələrə baxış keçirilib.

Görüşlər zamanı burada yaradılan şəraitlə tanışlıqdan sonra general-polkovnik Z.Həsənov və general-polkovnik M.Əliyev Novruz bayramı münasibətilə Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdırıblar. Görüşdə hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə danışılıb və bu işlərin bundan sonra da davam etdiriləcəyi diqqətə çatdırılıb. Hərbi qulluqçular və onların ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər.

Sonra general-polkovnik Z.Həsənov və general-polkovnik M.Əliyev hərbi hissədə çalışan mülki işçilərlə görüşərək şəxsi heyətin təminatı ilə maraqlanıb, onları bayram münasibəti ilə təbrik edib, işlərində müvəffəqiyyətlər arzulayıblar.

 

 

Posted in Din

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bakıda dəhşət: Əks yola çıxan BMW ağır qəza törətdi - VİDEO

Ç Mar 18 , 2020
Bakıda dəhşətli qəzanın görüntüləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, qəza paytaxtın Azadlıq prospektində baş verib. Belə ki, 1.3 qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxan BMW markalı avtomobilin sürücüsü yolayrıcına yaşıl işıqda daxil olan “Mercedes” markalı maşınla toqquşub. Sürücü BMW markalı avtomobili yüksək sürətlə idarə etdiyi üçün zərbənin təsirindən […]

Sosial

İdman

Video