Zakir Qaralov azyaşlıların işgəncələrə məruz qalması ilə bağlı məsələni xüsusi nəzarətə götürdü

Baş prokuror Zakir Qaralov Bakının Sabunçu rayonunda azyaşlıların valideynləri tərəfindən işgəncələrə məruz qalması barədə yayılan məlumatları nəzarətə götürüb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov öz “Facebook” səhifəsində məlumat verib.

“Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar – Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları ilə əlaqədar yayılmış informasiyalar üzrə araşdırmanın aidiyyəti dövlət qurumlarının nümayəndələri cəlb edilməklə aparılması Bakı şəhər prokurorluğuna tapşırılıb.

Baş vermiş hadisə ilə bağlı araşdırmalar Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb”, – deyə, E.Sultanov əlavə edib.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Naxçıvan Ali Məclisinə seçkilər keçiriləcək

Be Dek 9 , 2019
Naxçıvan Ali Məclisinə seçkilər keçiriləcək. Astv.news məlumatına görə, bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb. Ali Məclisə seçkilər 2020-ci il fevralın 9-na təyin edilib. Vasif Talıbovun sərəncamı Azərbaycan Prezidentinin dekabrın 5-də imzaladığı “Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi […]

Sosial

İdman

Video