Zakir Qaralovdan yeni TƏYİNATLAR

Baş Prokurorluqda kadr dəyişiklikləri olub.

Astv.news məlumatına görə, bu barədə müvafiq əmri Baş prokuror Zakir Qaralov imzalayıb.

Əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsinin rəisi Sahib İsmayılov vəzifəsindən azad olunub. O, Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Baş prokurorun digər əmri ilə Rəşid Mahmudov Daxili təhlükəsizlik şöbəsinin rəisi vəzifəsinə gətirilib.

O, bundan əvvəl Mütəxəssis təhlilləri şöbəsinin rəisi vəzifəsində çalışıb.

Mütəxəssis təhlilləri şöbəsinin rəisi vəzifəsinə isə Rövşən Abdullayev təyinat alıb.

Oxu.Az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Sabahın havası: Duman, yağış, şaxta

Ca Fev 20 , 2020
Bakıda və Abşeron yarımadasında fevralda 21-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı, duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 7-10, […]